Azərbaycanda növbəti zəlzələ - YENİLƏNİB

media-hightechnic-468x90

Azərbaycanda növbəti yeraltı təkan baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

******

17:46

Azərbaycanda növbəti dəfə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, təkanlar Bərdə, Yevlax, Mingəçevir və digər rayonlarda hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı “Report”a açıqlamasında bildirib ki, Azərbaycandakı zəlzələnin gücü 5 bala yaxın olub: “Zəlzələ Ağdam və Bərdədə qeydə alınıb. Zəlzələnin maqnitudası 4,7 olub”.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa