!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 5-dən çox uşağı olan neçə ana müavinət alır? - RƏSMİ

!Reklam – Yazi

Bu gün 5-dən çox uşağı olan sosial müavinət alan qadınların sayı 2510, uşaqlarının sayı isə 10517 nəfərdir. 

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Rəsmi məlumata görə, 3 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış güzəştli şərtlərlə yaşa görə sosial müavinət alan qadınların sayı 67084 nəfərdir:

“5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınlara güzəştli şərtlərlə yaşa görə sosial müavinət təyin edilmiş qadınların sayı isə 3815 nəfər təşkil edir”.

Qeyd edək ki, beşdən çox uşağı olan, müavinət almaq hüququ Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərə verilir.

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda hər uşağa görə aylıq 70 manat ödənilir.

Müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncədə üçəm qız dünyaya gətirən Günel Məmmədova da çoxuşaqlı ana müavinətini alacaq.

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv