!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 76 nəfər SAXLANILDI

!Reklam – Yazi

Dekabrın 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 10 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

www.yenicag.az

1113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv