Bu il sabit pul məbləğində alimentin miqdarı 6 manat artırılıb.
Yenicag.az xəbər verir ki, hüquqşunas Tağı Hüseynov köhnə aliment məbləğinin yalnız məhkəməyə müraciət etməklə artırılacağını bildirib:
“Bu ildən sabit pul məbləğində alimentin miqdarı 160 manat olduğundan köhnə aliment məbləğini yalnız məhkəməyə müraciət etməklə artırmaq olar”.
“Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, məbləğlər aşağıdakı kimi müəyyən edilib:
Yaşayış minimumu ölkə üzrə – 180 manat,
Əmək qabiliyyətli əhali üçün – 191 manat,
Pensiyaçılar üçün -149 manat,
Uşaqlar üçün -160 manat,
Ehtiyac meyarı – 143 manat.
Əlilliyi olan şəxslərə verilən pensiyalar:
1-ci qrup – 74 manat,
2-ci qrup – 61 manat,
3-cu qrup – 52 manat”./Qafqazinfo/
www.yenicag.az