!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda artan torpaq SÜRÜŞMƏLƏRİ: Hansı fəsadlar yarana bilər?

!Reklam – Yazi

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib ki, son günlər ölkə ərazisində ekzogen geoloji proseslərin – torpaq sürüşmələrinin dinamikasında artım müşahidə olunmaqdadır. Bəs torpaq sürüşmələrinin dinamikasının artmasının səbəbləri nələrdir? Bu dinamikanın artması gələcəkdə hansı fəsadlara gətirib çıxara bilər?

Mövzu ilə bağlı Yenicag.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, torpaq sürüşməsi ən çox iki mənbə səbəbindən baş verir:

“Birincisi, antropogen mənbədir. İkincisi, infrastruktur layihələrində normal şəkildə icra olunmadığına, ölkəmiz dağlıq ölkə olduğuna, burada aparılan tikinti quraşdırma işləri, o cümlədən şəhər strutukturunun dəyişilməsi zamanı müəyyən normativ işlərə düzgün əməl olunmadığına görə bu sürüşmələr baş verir. Əsas mahiyyət bundan ibarətdir ki, müəyyən sahələrdə geoloji dövr ərzində hər hansı su keçirməyən layın üzərində su keçirən layın formalaşmasıdır. Çoxlu yağıntılar nəticəsində, geoloji rejimin aktivliyi zamanı həmin qatdan su avtomatik aşağı qata keçir. Həmin keçirməyən lay onu heç vaxt buraxmır. Çünki o gilli laydır və vaxtilə toplanmış kirlər üzərində formalaşıb. Ona görə də burada sürüşmə baş verir”.

Ekoloq torpaq sürüşmələri ilə bağlı digər məqamlardan da danışıb:

“Digər bir məqam isə elə sahələr var ki, vaxtilə meşəlik olub. Bu dağ ərazilərində daha çoxdur. Yamaclarda atropogen təsir nəticəsində bu yamaclarda meşələr qırılır. Qırılmış meşələrin bazasında qat əmələ gəlir. Yağıntının çox olan vaxtı allivial qatdan gilli süxürlar aşağı qata keçir. Aşağı qatda illivial qat əmələ gəlir. Nəticədə yenə də həmin proses baş verir. Buna da təbii antropogen məqamlar deyilir. Azərbaycan ərazisində yağıntının ən çox düşdüyü dövr yazın axırı və yayın əvvəli olur. Burada yağıntılar çox olur. Bu il də yağışların həddindən artıq yağması nəticəsində sürüşmənin dinamikası çoxalacaq”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv