!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bağça PROBLEMİ: “Uzun illər yerli icra qurumlarının...”

!Reklam – Yazi

“Dünyada, o cümlədə Azərbaycanda məktəbəqədər təhsil, yəni el arasında adlandırılan bağça təhsili çox vacib rol oynayır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Mütəxəssis məktəbəqədər təhsilin önəmi ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, dünyanın çağdaş təhsil modeli hazırda bağça təhsilinə xüsusi diqqət yetirir:

“Həm məzmun, həm də forma etibarilə bağça təhsilinə olan yanaşmalar həddindən artıq dəyişilir. Buna Böyük Britaniya, Kanada, ABŞ, Yaponiya və. s kimi nümunələri göstərə bilərik. Bir ölkənin bağça təhsilinə olan baxışı akademik bir yanaşmadır. Məsələn, Böyük Britaniya yanaşmasında uşaqlar bağçalarda müəyyən oyunlar, komanda işi zamanı səhv edilməyə məcbur edilir. Çünki səhvi edən kəs mütləq ondan bir nəticə çıxararaq ibrət götürəcək”, – deyə o qeyd edib.

Ekspert 6 yaşa qədər olan uşaqların inkişaf prosesinin çox önəmli olduğunu da bildirib:

“Bu, insan fizionomiyasının inkişaf etdiyi, insan şüur və şüuraltısının qidalandığı və onun şəxsiyyət rüşeymlərinin formalaşdığı bir yaş dövrüdür. Bu dövr isə uşağın bağça təhsili ilə üst-üstə düşür. Onun üçün həmin vaxtlarda öyrənilən təməl bilgiləri və həyati tətbiq bacarıqları ömür boyu onunla addımlayır. Biz bağçalara olan klassik baxışdan uzaqlaşmalıyıq. Bağçalarda insan necə yetişdirilməsi və formalaşması haqqında tətbiqlər yer almalıdır. Amma çox təəssüf ki, biz buna gecikirik. Doğrudur, bu məsələ ilə bağlı son 3 ildə mühüm addımlar atılıb, lakin bundan əvvəlki illərdə bağçaların Elm və Təhsil Nazirliyi tabeliyində olmaması, əksinə, uzun illər yerli icra qurumlarının bazasında olması onları şəxsiyyət yetişdirmə mexanizmindən uzaq salırdı”, – deyə o əlavə edib.

“Bağçaların inkişafında Elm və Təhsil Nazirliyinin, həmçinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin rolu böyükdür. Əlavə olaraq, aparılan araşdırmalar, sorğular nəticəsində də məlum oldu ki, bağçada çalışanların böyük əksəriyyəti öz ixtisaslarına görə diplom sahibi deyillər. Buna görə də çox bağça rəhbərləri işindən azad edilir. Düşünürəm ki, bu addımlar üçün hazırlanmış işlər uğurla davam etdirilir.

Bundan əlavə, bağçalarda müəllimin uşağın üstünə qışqırması yox, modern tədris metodlarından istifadə qaydaları, uşaqların inkişaf mexanizmi kimi detallar müzakirəyə çıxarılmalıdır. Bunlara diqqət etmək lazımdır ki, bağça məktəblərə inkişafda olan kadrlar yönləndirə bilsin”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv