“Azərbaycanda belə seksi klip olmayıb” – Müğənni açıqladı
Müğənni Elgün Hüseynov yeni mahnısını dinləyicilərin ixtiyarına verib.Yenicag.az-ın verdiyi xəbərə görə, mahnı “Bu sevginin” adlanır. Mahnının sözləri Zeynəb Ədalətqızının, musiqisi Elvin Abdullayevin, aranjimanı isə Eyyubundur.
Müğənni yeni mahnısı haqqında Yenicag.az-a bunu söyləyib: “Düşünürəm ki, mahnı öz sözünu deyəcək. Baxmayaraq ki, indi bahar gəlir, qan qaynadiqca dinləyicilər ritmik musiqlər istəyir. Elvin Abdullayev mənə 3 il qabaq bir mahni vermişdi, dinlədim amma oxumadım. Ancaq bir müddət əvvəl görüşdük və Elvindən bu mahninin götürdüm. Klipin haqqinda tam bir söz deyə bilmərəm, ancaq Azərbaycanda bu vaxta qədər çəkilməyən çox seksi klip olacaq”.
Qeyd edək ki, Elgün Hüseynov ifaçılıqla yanaşı Araz 103.3 FM-in “3-ü 1-də” səhər şousunun və ATV telekanalında yayımlanan “Özünü Tanıt” yarışmasının aparıcısıdır.
Nazim