Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək

media-hightechnic-468x90

Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib. Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarət olacaq.

media-banner_tkm

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bəzi şəxslər müsabiqənin imtahan mərhələsindən azad ediləcəklər.

Belə ki, prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən, digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan və əvvəllər hakim işləmiş şəxslər imtahan mərhələsindən azad ediləcəklər.

İmtahan informasiya texnologiyalarından istifadə etməklə elektron formada keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05