!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu cərimələr kəskin artırılır

!Reklam – Yazi

Qırmızı kitaba daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr kəskin artırılır.

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, hazırda bu cərimələr beş yüz manatdan yeddi yüz manatadək məbləğdədir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib./unikal

COP29

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv