Azərbaycanda daha 46 nəfər COVID-19-a yoluxdu, 5 nəfər vəfat etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 953 nəfər müalicə olunaraq sağalıb, 10 250 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir. Ölkədə son sutka ərzində 1 471, hazırkı dövrədək isə 7 593 644 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600