Azərbaycanda dəhşət: 19 yaşlı qız intihar etdi

media-hightechnic-468x90

Bu gün, saat 11:21-də, FHN-in “112” Zəng mərkəzindən,Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi-Məhərrəmli kəndi ərazisindən keçən hissəsində,suyun üzərində 1 nəfər qadın cəsədinin görülməsi barədə (ən yaxın məntəqə ərazisindən 140 km aralı nəzarətsiz ərazidə) məlumat daxil olub.

media-banner_tuq

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, məlumat alındıqdan dərhal sonra,xidmətin strukturuna daxil olan “Aran” dalğıc axtarış qrupundan 5 nəfər şəxsi heyyət və xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə göndərilib.

Həmin gün,saat 14:58-də,intihar məqsədi ilə özünü kanala atmış, Zərdab rayonu, Şah-hüseynli kənd sakini, 1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının cəsədi “Aran” dalğıc axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05