Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün istiqamətlər, o cümlədən, demokratikləşmə sahəsində həyata keçirilən məqsədyönlü uğurlu islahatlar dövlətin inkişafına öz töhfəsini artıq verməkdədir.
Dövlət və özəl sektorda aparılan ardıcıl islahatlar korporativ idarəetmə üçün yeni imkanlar yaradır. Ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək tədbirləri sırasında məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə sistemində elektron sistemin tətbiqi, məhkəmənin inkişafı, ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə şəffaflığın təmin olunması, məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması, insani və məhkəmə sisteminin hüquqi və məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi, hümanistləşdirilməsi, məhkəmə sisteminin hüquqi və texniki bazasının yaxşılaşdırılmasına yönəlik addımlar xüsusi qeyd olunmalıdır.
Şübhə yoxdur ki, 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri nəticəsində seçiləcək parlamentin yeni tərkibi islahat prosesinə daha çox sistemli dəstək verəcək, ictimai nəzarəti və vətəndaşların dövlət idarəçiliyində iştirakını daha da gücləndirəcək.
Yeni bir qanunverici orqanın formalaşdırılması, eləcə də institusional inkişaf üçün imkanlar var. Dövlət idarəetmə islahatları çərçivəsində yeni parlamentin formalaşması qanunverici orqanın məsuliyyətini artıracaq. Ötən il dekabrın 23-də baş tutmuş bələdiyyə seçkiləri prosesinin normal keçirilməsi ilə əlaqədar bildirim ki, bu, vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin edilməsi nəticəsində mümkün olub.
Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə göstərdiyi metodiki dəstəyi nəzərə alsaq, yerli özünüidarəetmə orqanlarının yeni rəhbərlərinin öz işlərinə məsuliyyətlə yanaşacaqlarını söyləyə bilərik. Onu da vurğulayım ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət görülən işlərin səmərəliyini əhəmiyyətli dərəcədə artırıb.
Cəkinmədən qeyd edim ki, 2019-cu il Azərbaycan tarixinə köklü islahatların həyata keçirildiyi il kimi tarixə düşüb. Aparılan islahatlar sırasında 40-a yaxın Qanuna mühüm dəyişikliklərin olunması önə çəkilməlidir. Bu dəyişikliklər arasında prosessual, maddi-hüquq, lisenziyalar və digər vacib müddəaları göstərə bilərik.
Milli qanunvericilik bazasının dövlət üçün nə dərəcədə əhəmiyyətli rol oynadığını izah etmək artıqdır. Hüquq sahəsində gerçəkləşdirilən köklü dəyişikliklər dalğasında yeni çağırışlara uyğun Kommersiya Məhkəməsinin yaradılması, daha hazırlıqlı hakimlərə etimad göstərilməsi və məhkəmələrə səriştəli rəhbərlərin təyin olunması çox müsbət qiymətləndirilən addımlardır.
Vahid məhkəmə sisteminin formlaşdırılması, hakim korpusunun fundamental qaydada yenilənməsi kimi məsələlərə də diqqət yetirilməsi zəruridir. Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman bu istiqamətdə həyata keçirilən işlərin sürətlənməsinə ciddi təkan verdi.
Qeyd olunan bu Fərman əsasında “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna tətbiq edilmiş dəyişikliklər 2019-cu il dekabrın 18-də qüvvəyə mindi. Həmin dəyişikliklər sırasında 3 yeniliyə xüsusi diqqət yetirilməlidir:
1. Yerlərdə ekspertiza tələblərinin dəqiqləşdirilməsi.
2. Alternativ ekspert və özəl ekspertiza xidmətinin yaradılmısı.
3. Ekspertiza Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması.
Bu sırada məhkəmə qərarlarının icra müddətinə də toxunulub. Qərarların icrası üçün 1 ay vaxt müəyyən edilib və qərarın vaxtında icra olunmamasına görə ekspertin cərimələnməsi nəzərdə tutulub. Bu baxımdan, özəl ekspertiza xidmətinin tətbiqi müsbət qiymətləndirilir.
Özəl ekspertiza xidmətinin yaradılması vətəndaşların məhkəmə sistemindən razı qalmalarına, qanundakı boşluqların aradan qaldırılmasına və gələcəkdə məhkəmə çəkişmələri prinsiplərinə pozitiv təsir göstərəcək.
Eyni zamanda, Prezident İlham Əliyevin Vəkilər Kollegiyasının fəaliyyətinə yaratdığı şərait sayəsində vəkillər müdafiə etdikləri şəxslərin işləri üzrə ekspertiza təyin etmək imkanı qazanıblar. Bu, müsbət hal olaraq, vəkillik institutunun inkişafına və nüfuzunun möhkəmlənməsinə təkan verəcək.
Vüsalə Muradova,
Hüquqşünas
www.yenicag.az