“Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub”

media-hightechnic-468x90

1415368393_muba`riz-qurba`nli-cenubnews-3Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Amerika günləri” festivalı çərçivəsində ölkədə səfərdə olan ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendi ilə görüşüb.

Yenicag.az apa-ya istinadən bildirir ki, M. Qurbanlı Azərbaycanın tolerantlıq ənənələri, dövlətin multikultutalizm siyasəti, dini konfessiyalar arasındakı münasibətlərdən danışaraq bildirib ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub.

M. Qurbanlı deyib ki, ölkədə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir.

Y. Hendi isə Azərbayacana səfərindən və burada keçirdiyi görüşlərdən danışaraq artıq ikinci dəfədir Azərbaycana səfər etdiyini söyləyib. O qeyd edib ki, Azərbaycan ona doğma ölkədir və burada gedən inkişaf prosesi onu sevindirir. Dini icmalarla keçirdiyi görüşlərdən bəhs edən Y. Hendi ölkədəki dini tolerantlıqdan, dini icmaların fəaliyyətindən məmnunluq duyduğunu, Azərbaycanın tolerantlıq modelinin bütün dünya üçün nümunə ola biləcəyini vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600