Azərbaycanda dolların satışı dayandırıldı

96650Bu gün Bakı şəhərində fəaliyyət göstərən valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina ediblər.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, şəhərin mərkəz hissəsində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dollların olmadığını deyirlər. Bir çox məntəqələr isə ümumiyyətlə bağlıdır. Məlum olub ki, bir sıra bankların filiallarına baş ofisləri tərəfindən bu gündən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb.

Bir sıra banklarda isə dolların satışına limit tətbiq olunub. Bir nəfərə yalnız 2000 dollar satıla bilər. Dollar alan vətəndaşların isə şəxsiyyət vəsiqəsi alınaraq sürəti çıxarılır.

Bəzi məntəqələrdə dollar satışının dayandırılmasını həftənin bazar ertəsindən etibarən yeni məzənnə ilə satılacağı ilə izah edirlər.Valyutadəyişmə məntəqələrinin əməkdaşları valyutanın satışı prosesinin nə vaxt bərpa olunacağı haqqında məlumatsız olduqlarını qeyd ediblər.Bu gün şənbə günü olduğundan bəzi banklar saat 15:00-a qədər işləyir.

Buunla yanaşı əsasən mobil telefon və elektronika məhsulları satan mağazalar da satışı dayandırıblar.
Azərbaycan Mərkəzi Bankı isə ötən gün ABŞ dollarının rəsmi məzənnəsini 1,0479 manat səviyyəsində müəyyənləşdirib.