!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət”

!Reklam – Yazi

image“Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət” mövzusunda Gəncədə Konfrans keçirilib

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) iyulun 18-də Gəncə şəhərindəki “Ramada palas”da “Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət ” mövzusunda konfrans keçirib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov konfransın Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “Yeni Hədəflərə Doğru” Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb.

Rufiz Qonaqov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən Formula 1 Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib.

Natiq Azərbaycan Respublikasının son zamanlar həyata keçirdiyi genişmiqyaslı və fundamental islahatlardan söz açaraq qeyd edib ki, Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planınln təsdiqlənməsi, Elektron Hökumət portalının, “ASAN” xidmətin yaradılması, Gömrük sistemində bir pəncərə prinsipinin tətbiq olunması aparılan islahatların tərkib hissəsidir. Rufiz Qonaqov bildirib ki, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir. Rufiz Qonaqov əlavə edib ki, üç ay davam edən tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçirilir. Bundan başqa Facebook sosial şəbəkəsində “İnkişaf Qrupu”, eləcə də, “Ağ Yol” qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və s, islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılır.

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Həsənova çıxışında Gəncənin Azərbaycan üçün əhəmiyyətindən, bu şəhərdə aparılan islahatlardan, mədəni tədbirlərdən danışıb. O, qeyd edib ki, Azərbaycanda aparılan iqtisadi və siyasi islahatlar əhalənin sosial durumunun yüksəlməsinə, dövlətimizin füclənməsinə xidmət edir: “Hər bir Azərbaycan vətəndaşı dövlət səviyyəsində aparılan iqtisadi və siyasi islahatların müsbət nəticələrini öz gündəlik həyatında hiss edir. Bu gün Azərbaycanın regionda inkişaf edən sabit, təhlükəsiz ölkə olmasının başlıca səbəbi ölkə rəhbərliyinin yürütdüyü düzgün, balanslı siyasətdir. Bu siyasət Gəncə şəhərində də dövlət qurumları tərəfindən uğurla icra edilir”.

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin KİV-lərələ iş üzrə baş məsləhətçi Kənan Məmmədov çıxış edərək bildirib ki, ölkədə aparılan iqtisadi islahatlar Gəncə şəhərindən də yan keçməyib: “Gəncə şəhər rəhbərliyi ölkədəki inkişafa daim öz töhfəsini verib. Şəhərdə aparılan quruculuq-abadlıq işləri ümumi inkişafın bariz nümunəsidir. Bu tərəqqi, müsbət dəyişikliklər əhalinin gündəlik güzəranında da hiss olunur. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda daha sürətli iqtisadi-sosial inkişafın şahidi olacağıq. Vətəndaş cəmiyyəti bu inkişaf prosesində daim dövlətin yanında duracaq”.

Gənclər üzrə Təhsil Mərkəzinin Gəncə nümayəndələiyinin rəhbəri Aygün Həsənzadə çıxışında bildirib ki, Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib: “Mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulub. Əminliklə deyə bilərik ki, ulu öndərin davamlı milli inkişafa təminat yaradan ideyaları dövlətimizin və xalqımızın gələcək uğurlarına parlaq işıq salır. Azərbaycan hazırda dünyada özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir. Azərbaycanda iqtisadi inkişafla bağlı siyasi sabitlik mövcuddur. Bütün sahələrdə islahatlar aparılır. Gənclərlə bağlı uğurlu dövlət strategiya var. Gəncə -2016 Avropa Gənclərinin Paytaxtı elan olunub. Azərbaycanın Qərb bölgəsində kifayət qədər aktiv, istedadlı gənclər var. Biz həmin gənclərlə sıx işləməliyik”.

MDB Parlamentlərarası Assambleyasının eksperti Əsədov Muxtar Seyfullayeviç Azərbaycanda iqtisadi islahatlar və vətəndaş cəmiyyətinin buna münasibəti haqda danışıb. Onun sözlərinə görə, Azərbaycanda xarici və daxili siyasət düzgün aparılır, maliyyə, makro-iqtisadi siyasət dəqiq ölçülüb-biçilib: “Bu gün ölkədə əldə olunan uğurlar, inkişaf aparılan istisadi islahatların nəticəsidir. TANAP, TAP, Cənub Qaz Dəhlizi, yeni dəmiryolu xətlərinin çəkilməsi ciddi iqtisadi hadisələrdir. Bu layihələr ölkəmizin dünyadakı siyasi mövqeyini daha da gücləndirir. İri neft-qaz layihələrinə müəlliflik edən Azərbaycan Avropanın çox ciddi tərəfdaşlarından birinə çevrilib. Sözsüz ki, bu, gələcəkdə Azərbaycanın daha böyük layihələrə sahiblik etməsinə stimul yaradır”.

“Gələcəyə Körpü “ GİB Beynıəlxalq Əlaqələr üzrə koordinatoru Hüseynxan Hacızadə dövlətin gəncləri siyasəti haqda geniş çıxış edərək bildirib ki, aparılan siyasət vətəndaşın inkişafına xidmət edir: “Vətəndaşın inkişafı, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində görülən işlər sonda Azərbaycanın dövlət olaraq güclənməsinə xidmət edir

“Odlar Yurdu” GİB-nin baç katibi Təhminə Cəfərova qeyd edib ki, Azərbaycanda cəmiyyət ilə dövlət arasında həmrəylik mövcuddur: “Biz dəfələrlə bu həmrəyliyin şahidi olmuşuq. Bu gün dünyada Azərbaycanın inkişafında maraqlı olmayan qüvvələr var. Amma Azərbaycan dövləti bütün maneə və təzyiqlərə baxmayaraq inamla inkişaf edir, müstəqil xarici siyasət yürüdür. Azərbaycan gəncliyi bu məsələlərdə birmənalı şəkildə Azərbaycan dövlətinin yasnındadır”.

Konfrans müzakirələrlə davam etdirilib.

COP29

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv