Azərbaycanda hərbi zavodda dəhşətli partlayış – Ölən və yaralılar var,Foto(Yenilənir)
Bu dəqiqələrdə musavat.com-a daxil olan məlumata görə, Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.
Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda dəhşətli partlayış olub.
Deyilənə görə, bu zavodda silah-sursat istehsal olunur.
Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Virtualaz.org-un bölgə müxbiri də bildirir ki, zavodda partlayan mərmilərin səsi eşidilir.
***
Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyyə olunur.
***
“Report”un xəbərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.
***
Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayışla bağlı səhiyyə müəssisələrini səfərbər edib.
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu vaxta kimi Bakıdan əlavə 5 təcili yardım briqadası Şirvana göndərilib.
Onlardan 2-si artıq hadisə yerinə çatıb.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, partlayış nəticəsində xəsarət alan 10-a yaxın şəxs Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.