AZƏRBAYCANDA İSLAM BANKÇILIĞI YARATMAQ MÜMKÜNDÜRMÜ?
Azərbaycanda İslam dininin şərtlərinə uyğun bank sektoru yaratmaq mümkündürmü? Bu sahədə hansı amillər gərəkdir?
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev qeyd edir ki, bu gün Azərbaycanda 8-ə yaxın maliyyə institutu-bank, lizinq şirkəti və investisiya şirkəti şəklində bir neçə qurum İslam maliyyəsi alətlərinin bir sıra məhsullarını təqdim edir. Yəni bu alətləri bəziləri muşaraka yəni şərikli ticarət kimi, bəziləri hesabların açılmasını, debit kartları təqdim edir.
“Ümumilikdə Azərbaycanda hələ İslam maliyyəsi alətləri- hansılar ki, bura murabaha, mudaraba, təkafül daxildir ki, onlar da tamlıqla tətbiq olunmur. Bunu bir sıra səbəbləri var”.
İqtisadçı ekspert Ruslan Atakişiyev bildirir ki, İslam bankçılığının yaradılması üçün ilk növbədə qanunvercilikdə bir sıra düzəlişlərə ehtiyac var.
“Ən başlıcası qanunvericilik bazasında bir sıra düzəlişlərə islahatlara ehtiyac vardır. Digər məsələ ondan ibarətdir ki, bu sahədə maliyyə institututlarının fəaliyyət göstərməsi üçün investiya mühiti formalaşdırılmalıdır ki, maliyyə qoyuluşu artsın. Daha sonra kadr potensialının formalaşdırılması, ən başlıca amil isə istehlakçılar arasında bu alətlərin təbliğ olunması və bazar mühitinin formalaşdırılmasıdır”.
Kamran