!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda könüllü sığorta 20 faiz artdı, icbari sığorta isə 19 faiz azaldı

!Reklam – Yazi

Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 318,065 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 20,1% çoxdur.

Ötən 5 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 18,5% azalaraq 108,573 milyon manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 90,599 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 40,2% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 32,2% azalaraq 38,434 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-may aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-may aylarında 57,2 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 42,6 manatdan 35,4 manata düşüb.

Həyat sığortası 27% artıb, qeyri-həyat sığortası isə 7% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 213,053 milyon manat sığorta haqqı toplanılıb. Ötən ilin eyni dövrünə nisbətən 26,6% çoxdur.

Ötən 5 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 213,585 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7% azdır.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 56% azalaraq 52,272 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,1% azalaraq 76,761 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-may aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 24,5 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 35,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2021-ci ilin yanvar-may aylarında müvafiq olaraq 70,7 manat və 38,9 manat olub./Renkinq/

 

 

 

 

 

 

 

 

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv