Azərbaycanda koronavirusa yoluxanların sayı ARTDI

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 673 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 236 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 311 nəfər müalicə olunaraq sağalıb, 8 471 nəfər vəfat edib, aktiv xəstə sayı 7 454 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 333, ötən müddət ərzində isə ümumilikdə 5 957 603 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600