Azərbaycanda Litvanın yeni viza mərkəzi açılacaq
Litva daha 7 ölkədə viza mərkəzi açmaq qərarına gəlib.
Viza mərkəzləri Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Çin və Türkiyədə fəaliyyətə başlayacaq.
Yeni viza mərkəzləri daha böyük ərazidə yerləşəcək, müasir və geniş xidmət göstərəcək. Müraciət edənlər biometrik pasportları təqdim etməlidirlər.
Ölkədən asılı olaraq viza mərkəzlərinin xidmət tarifləri 20-26 avro təşkil edəcək.