Azərbaycanda nəhəng sindikasiya yaradılır-200 milyonluq kredit
Azərbaycan Beynəlxalq Bankı bu il ilk dəfə 200 milyon ABŞ dolları ekvivalent həcmində sindikatlaşdırılmış kredit cəlb edib.
Bankdan bildiriblər ki, sindikasiyanın təşkilatçıları CITIBANK N.V., INGBANK N.V., RAIFFEISENBANK INTERNATIONAL AG, UNICREDITBANK AUSTRIA AG-dır.
İlkin olaraq kredit 125 milyon dollar məbləğində planlaşdırılsa da, sonradan sindikasiyaya daha 18 beynəlxalq maliyyə institutlarının qoşulması nəticəsində 200 milyon dollaradək artıb.
Ticarət və korporativ maliyyələşməyə yönəldiləcək vəsait bir il müddətinə cəlb edilib.