Azərbaycanda pandemiya ilə bağlı SON VƏZİYYƏT - Daha 42 nəfər vəfat etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 310 yeni yoluxma faktı qeydə alınıb, 2 972 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 442 872 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 383 682 nəfər müalicə olunaraq sağalıb, 5 842 nəfər vəfat edib, aktiv xəstə sayı 53 348 nəfərdir.

Ölkədə son sutka ərzində 15 614 , hazırkı dövrədək isə 4 551 520 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600