Azərbaycanda ötən 90 il ərzində əhalinin ümumi sayında kişilərin faiz göstəricisi qadınlara nisbətən azalıb.
Yeniçağ.Az-ın Trend-ə istinadən məlumatına görə, 1926-cı ildə Azərbaycanda əhalinin sayı 2313700 nəfər olub ki, bunun da 1212400 nəfərini (52,4 faiz) kişilər, 1101300 nəfərini (47,6 faiz) isə qadınlar təşkil edib.
Sonrakı bütün illərdə isə əhalinin ümumi sayında kişilərin faiz göstəricisi qadınlara nisbətən azalmaqda davam edib.
2016-cı ilin yekunlarına əsasən, Azərbaycan əhalisinin ümumi sayı 9705600 nəfər olub ki, bunun da 4835600 nəfərini (49,8 faiz) kişilər, 4870000 nəfərini (50,2 faiz) isə qadınlar təşkil edib.
Göründüyü kimi XX əsrin birinci yarısında ölkədə kişilərin sayı qadınlara nisbətən çox olub. Lakin baş vermiş repressiya və İkinci Dünya müharibəsi illərində kişilərin çoxsaylı tələfatı nəticəsində əsrin ikinci yarısından bu göstərici dəyişib.
Bununla belə, son 40 ildə kişi və qadınlar arasında fərqin nisbətən azalması müşahidə olunur.
Yeniçağ.Az
www.yenicag.az