!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanda savadsızlıq tüğyan edir", - deyən Etibar Əliyevə Spikerdən ETİRAZ

!Reklam – Yazi

​“Təklif edirəm ki, peşə təhsil müəssisələrində təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilsin”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, peşə məktəblərində təhsil alan şəxsləri tədris prosesinin ortasında hərbi xidmətə çağırırlar: “Onların böyük bir hissəsi hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmirlər”.

Etibar Əliyev qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Agentliyi yarandıqdan sonra peşə təhsilinin inkişafına müəyyən təkan verdi:

“Lakin bir müddət sonra durğunluq yarandı. Altı il ərzində Agentliyin 5 direktoru dəyişib.

Bu, idarəetmədə ciddi boşluqların yaranmasına səbəb olub. Bu il 11-ci sinifdə olan 92673 şagirddən 23650 nəfər 0-50 arasında bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir. Fərz edək bu şəxslər peşə məktəbinə üz tutdular, onda orada necə təhsil alacaqlar?”

Milli Məclisin sədri Sahibə Qafarova deputatın Azərbaycanda savadsızlığın tüğyan etməsinə dair fikri ilə razılaşmayıb. Spiker bildirib ki, təhsil sahəsində bizim kifayət qədər uğurlarımız var.

www.yenicag.az

1189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv