Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir

media-hightechnic-468x90

Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir.

Yenicag.az xəbərbverir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun 1.1.7-ci maddəsinin (siyasi partiyanın üzvü – siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı) tələblərinə cavab verən şəxs siyasi partiyanın üzvü ola bilər. Şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın üzvü partiyanın yalnız bir yerli təşkilatında (olduğu halda) qeydiyyatda ola bilər.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600