Narkomaniya üzrə ekspert Emil Maqalov cəmiyyətdə birmənalı qarşılanmayacaq təkliflə çıxış edib.
Yenicag.az xəbər verir ki, ekspert “narkomaniyanın aşkarlanması, qeydiyyata alınması və yayılmasının qarşısını almaq məqsədilə bütün dövlət və qeyri-dövlət sektorlarında işçilər hər ay məcburi narkotestdən keçirilməsi” təklifini irəli sürüb.
“Çoxu elə bilirdi narkomanlar ancaq işsiz və tüfeyli həyat tərzi keçirənlərdir. Yoxlayın, görün nələr baş verir” – deyə ekspert əlavə edib./Turkustan.info/