Azərbaycanda süni intellekt üzrə dövlət standartları hazırlanacaq.
Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda əksini tapıb.
Strategiyaya əsasən, 2025– 2028-ci illər ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə ölkədə süni intellekt üzrə standartlaşdırmanın tətbiq edilməsini təmin etməlidir.
Bu müddət ərzində süni intellekt üzrə ən azı 3 dövlət standartı hazırlanmalı, standartlaşdırma üzrə dövlət fonduna və dövlət reyestrinə daxil edilmək üçün təqdim olunmalıdır.
www.yenicag.az