!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda tələbələri daşıyan mikroavtobus aşdı - 2 ölü, 22 yaralı/Yeniləndi

!Reklam – Yazi

Yevlax rayonunda 2 nəfərin ölümü, 21 nəfərin yaralanmasına səbəb olan yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Hərəkətdə olan 10-VX-514 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusun təkərlərindən biri partlayıb və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

İlkin ehtimallara görə, təkərin partlamasına, nəqliyyat vasitəsində sərnişinlərin sayının nəzərdə tutulduğundan daha artıq olması və buna görə də ağırlığa tab gətirməməsi səbəb olub.

Hadisə zamanı 2 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzada mikroavtobusun sürücüsü, 1960-cı il təvəllüdlü Şərifov Qəmbər Xudaverdi oğlu ağır xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyat ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır./Report/

***

10:36

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki,  Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən “Mercedes” markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb.

Tələbələrin olduğu mikroavtobusun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

Onlaredan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb.

ONA-nın məlumatına görə, ölənlərin hər ikisi qadındır. Onlar – 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə və Səadət Məzahir qızı Musayevadır.

Yaralılardan 21 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

8378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv