Azərbaycanda toy yasa döndü - QƏTL

media-hightechnic-468x90

Ağcabədidə qətl hadisəsi törədilib.

Yenicag.az-ın məlumatına görə, hadisə sentyabrın 4-də gecə saat 22 radələrində rayonun H.Aslanov küçəsindəki “Qızıl Saray” şadlıq evində keçirilən toy məclisində baş verib.

Ağcabədi şəhər sakini, 1990-cı il təvəllüdlü Qurbanzadə Qurban Azər oğlu toyda şəxsi münasibətlər zəminində həmyerlisi, 1978-ci il təvəllüdlü Sadıqov Zaur Məzahir oğlu ilə mübahisə edib. Mübahisə zamanı Q. Qurbanzadə üzərində gəzdirdiyi bıçaqla Z.Sadıqova çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Z.Sadıqov toy iştirakçıları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Q.Qurbanzadənin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır./Trend/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600