!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda turizm sahəsində REKORD NƏTİCƏ - Ötən il nə qədər turist gəlib?

!Reklam – Yazi

Azərbaycan Türizm Bürosu olaraq çalışırıq ki, vizanın əldə olunması üçün çətinliklərin daha da azaldılmasına nail olaq. Biz çalışacağıq ki, turistlər daha çox ölkə ilə vizanı rahat ala bilsin.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyib.

O bildirib ki, 2019-cu ildə Azərbaycanda turizm sahəsində rekord nəticə əldə edilib. Ötən il Azərbaycana 3,2 milyon nəfər turist səfər edib:

“Turizm sahəsində artım 11,4 faiz olub. Artım Avropa ölkələri ilə müqayisədə xüsusilə çox olub. Asiya bazarı üzrə isə daha aşağı artım müşahidə edilib. Bu, o deməkdir ki, biz artıq öz marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki, turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar”.

F. Zenqstşmid 2020-ci ildə turizm sahəsində təxminən 10 faiz artım gözlənildiyini bildirib və əlavə edib ki, daxili şərait nəzər alınsa, bu, çox yaxşı artımdır.

Direktorun sözlərinə əsasən, 2020-ci ildə Türizm Bürosunun xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması nəzərdə tutulur. Bu ilin birinci rübündə Ukrayna, Qazaxıstan, Cənubi Koreya və Yaponiyada yeni nümayəndəliklər açılacaq.

www.yenicag.az

835
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv