Azərbaycanda “Türkiyə həftəsi”
Həftə çərçivəsində Türkiyə və Azərbaycan Strateji Araşdırma Mərkəzlərinin mütəxəssisləri Bakıda görüşüb. Türk və azərbaycanlı tədqiqatçılar iki ölkə arasındakı əlaqələrdən danışıblar. Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, toplantının iki ölkə əlaqələrinin daha yüksək səviyyəyə çatdırılmasına təsir edəcəyini ifadə edib. Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Rəsul Usul da Türkiyə və Azərbaycanın beynəlxalq platformalarda ortaq siyasətin həyata keçirilməsi üçün strateji hədəflərin yaradılmasının lazım olduğunu vurğulayıb. Xarici “Türklər və Qohumlar” Birliyinin Başçısı Qüdrət Bülbül də Azərbaycanla əlaqələrə hər cür töhfənin verilməsində hazır olduqlarının vurğulayıb.
(trt.net.tr)