Azərbaycanda yeni cəza növləri tətbiq ediləcək

media-hightechnic-468x90

Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağa görə, yeni cəza növləri tətbiq ediləcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qəsdən sağlamlığa yüngül zərər vurmağa görə cəza növlərinə iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətdə azadlığın məhdudlaşdırılması da əlavə edilir.

Hazırda qəsdən sağlamlığa yüngül zərər vurmağa min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur. (Trend)

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600