Bakıda menecer işlədiyi mağazadan YARIM MİLYON PUL oğurladı

media-hightechnic-468x90

Bakıda mağazalardan birində menecer işləyən Fərid Məmmədov yeyinti ittihamı ilə saxlanılıb.

media-banner_tuq

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, əsasən, geyim məhsulları satılan mağazada əvvəlcə satıcı, daha sonra menecer işləyib.

Müəyyən edilib ki, F.Məmmədov işlədiyi müddətdə satılan mallardan əldə olunan ödənişlərin bir hissəsini öz bank kartına yönləndirib. Bu üsulla 500 min manatdan çox pul mənimsədiyi bildirilib.

Mağaza sahibinin şikayəti əsasında F.Məmmədov saxlanılıb. Prokurorluq tərəfindən ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib.

Məhkəmədə təqsiri sübuta yetirilsə və dəymiş ziyan ödənilməsə, F.Məmmədovu 14 ilə kimi həbs cəzası gözləyir.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05