Azərbaycanda zorakılığın artmasının GİZLİ SƏBƏBİ: "Daha azad, daha eqoist olmaq istəyirlər" - VİDEO
2026-cı ilin ilk 3 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məişət zorakılığı ilə bağlı statistikası açıqlanıb. Belə ki, cari ilin ilk rübü ərzində komitəyə məişət zorakılığı ilə bağlı 134 müraciət daxil olub. Müraciət edənlərin 23-ü kişi, 106-sı qadın, 5-i isə uşaqdır.
Mövzunu Yenicag.az-a şərh edən sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev məişət zorakılığının baş vermə səbəblərini açıqlayıb:
“Məişət zorakılığı həm də ona görə baş verir ki, cəmiyyətin düşüncəsində transformasiya yaşanır. Sanki kişilər əvvəlki qayda ilə idarə edə bilmir, qadınlar isə əvvəlki qayda ilə idarə olunmaq istəmir. Onlar daha azad, daha müstəqil olmaq istəyirlər. Qadınlar iqtisadi baxımdan müstəqilləşdikcə, əvvəlki qaydada yaşamaq istəmirlər”.
Videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov













