Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycandakı türk iş adamları iftar süfrəsində bir araya gəldilər  - FOTOLAR

Azərbaycanda fəaliyyət göstərən türk iş adamları yeni qurulan Türkiyə Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TUİB) iftar süfrəsində bir araya gəldilər. Yenicag.az xəbər verir ki, “Büyükfırat” restoranında gerçəkləşən görüşə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yangın, Türkiyənin Azərbaycandakı səfirliyinin din xidmətləri müşaviri Kamil Günəş, mətbuat məsələləri üzrə müşavir Hamit Karadeniz, TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan, Türkiyə Standartları İnstitutunun Bakı təmsilçisi Yavuz Səlim Çələbi və çox sayda iş adamı qatıldılar. 

img_7401
Səfir Erkan Özoral çıxış etdiyi görüşdə TUİB-in yeni qurum olmasına rəğmən xeyli yol qət etdiyini vurğulayaraq bildirdi ki, yeni yaranarkən 12 üzvü olan birliyin qısa zamanda 35 üzvə çatması müsbət addımdır.

Görüşdə həmçinin Azərbaycandakı fəaliyyəti başa çatdığı üçün vətəninə dönəcək olan TUİB sədrinin müavini, Aselsan Şirkətinin Bakı təmsilçisi Birol Oğuza “Təşəkkür” plaketini təqdim edildi. Səfir və TUİB başqanı Ali İhsan Genc B.Oğuzun fəaliyyətlərindən bəhs edərək, iş adamına gələcək fəaliyyətində uğurlar arzuladılar.

img_7609Türkiyənin Azərbaycandakı səfirliyinin din xidmətləri müşaviri Kamil Günəşin Ramazanın mahiyyəti ilə bağlı maraqlı söhbəti ilə davam edən görüşdə ATİB başqanı Camal Yangın, “Büyükfırat” Qrupun İdarə Heyətinin sədri Hüseyn Büyükfırat və digər iş adamları çıxış etdilər.

Yenicag.az

www.yenicag.az

1321
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100