Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq

media-hightechnic-468x90

“Bu il Dövlət Proqramına müraciət sayı ötən illərlə müqayisədə kifayət qədər çoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

O bildirib ki, Dövlət proqramına hər il bakalavr, magistratura və doktorantura təhsil səviyyəsi olmaqla ümumilikdə 500 gəncin seçilməsi üçün şərait yaradılır. Sənədlərini uğurla təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunub.

“300-ə yaxın namizəd dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul sənədi əldə edib. Müraciətlər sırasında ilk beşlikdə Böyük Britaniya, ABŞ, Türkiyə, Avstraliya və İtaliya yer alır. 500 gəncin 25%-dən çox olmayan hissəsi bakalavr təhsili üzrə, 20 %-ə qədər doktorantura, yerdə qalan hissəsi magistratura təhsil səviyyəsinin payına düşür. Müraciətin çoxluğunu nəzərə alaraq kvota dəyərləndirilmə ilə qaliblər seçiləcək”, – o deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600