Azərbaycandan Rusiyaya aparılan pomidorda xəstəlik aşkarlandı

media-hightechnic-468x90

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycandan bu ölkəyə aparılan pomidorlarda Cənubi Amerika mənşəli tomat güvəsi xəstəliyi aşkar ediblər.

Yenicag.az-ın məlumatına görə, fakt ölkədə ilk dəfə olaraq Tomsk vilayətinin ərazisində qeydə alınıb.

Qurumun məlumatında deyilir ki, Ümumrusiya Bitkilərin Karantini Mərkəzinin Federal Dövlət Büdcə Təşkilatının Tomsk filialının qərarına əsasən, qeyd edilən məhsullarda canlı sürfələr aşkar edilib. Mütəxəssislər bildirib ki, Cənubi Amerika mənşəli tomat güvəsi, əsasən, məhz pomidorlara yoluxur. Onun sürfələri bitkinin yaşıl hissəsinin yumşaq toxumaları ilə qidalanır, yarpaqları yeyərək sonda ancaq şəffaf qabıq saxlayırlar. Bundan sonra zədələnmiş məhsul satış və istifadə üçün yararsız sayılır.

Qeyd edək ki, 120 kiloqram həcmində belə məhsul bərk məişət tullantıları poliqonunda məhv edilib./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600