Azərbaycandan xaricə kapital axını sürətlənəcək

media-hightechnic-468x90
images“Bankların dollarla əmanətlərin faiz dərəcəsini aşağı salınması istiqamətində apardığı siyasət mövcud vəziyyətin çətinliklərindən irəli gəlir”.
Bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu öz facebook səhifəsində qeyd edib.
 Ekspert bildirir ki  sürətlə dollarlaşan əmanətlər həm banklar və həm də bütövlükdə iqtisadiyyat üçün ciddi problemlər və risklər yaradır.
“Mərkəzi Bankın bu ilin may ayına açıqladığı statistik məlumatlar əsasında aparılan cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, 2015-ci il may ayının 1-ə dollarla olan əmanətlərin ümumi əmanətlərdə payı 73,34 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 49,8 faiz olub. Dollaral yerləşdirilən əmanətlərə görə ödəniləcək faiz dərəcələrinin aşağı salınması ilə bağlı hazırda gedən proseslər bir tərəfdən dollarla kreditlərin faiz dərəcələrinin düşməsini şərtləndirsə də digər tərəfdən dollarla olan əmanətlərin bankdan kənarda bazarlarının formalaşmasını və xarici kapitalın ölkədən axınının sürətlənməsi kimi mənfi tendensiyaların və fəsadların yaranmasını da stimullaşdıra bilər”-deyə ekspert sözlərinə əlavə edib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600