Azərbaycanın “Eurovision” təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcək

media-hightechnic-468x90

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva sabah “Skeletons” mahnısı ilə ilk yarımfinalda çıxış edəcək.

Birinci və ikinci yarımfinalların hər birində müvafiq olaraq 18 iştirakçının çıxışı planlaşdırılıb.

Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar öz ifalarını təqdim edəcəklər. Azərbaycan təmsilçisinin çıxışı Bakı vaxtı ilə 23:25-də gözlənilir.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsi Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq..(APA)

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600