!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın millət vəkili AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb

!Reklam – Yazi

AŞPA-da Suriyada baş verən faciələrlə bağlı müzakirələr zamanı çıxış edən Azərbaycanın millət vəkili Qənirə Paşayeva Ermənistan hökumətinin Suriyadan köçkün düşmüş erməniləri öz çirkin oyunlarına alət etdiyini bildirib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, Q.Paşayeva buna son qoyulması üçün AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb: “Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətində asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda bu insani dəyərlərlə də doğru yanaşma deyil. Ona görə də Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoyulmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm”.

Q.Paşayeva Ermənistan hökumətinin Suriyadan qaçan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirməsinə diqqət çəkib: “Ermənistan bununla onlara zərər vurmaqla yanaşı AŞPA-nın da üzərində dayandığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə də böyük zərər vurur. Assambleyada bir neçə dəfə AŞ baş katibi, AŞPA prezidenti tərəfindən də münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vuran, vəziyyətin daha da gərginləşdirilməsinə səbəb olan addımların atılmamasımna dair çağırışları edilib. Biz Ermənistanı bu çağırışlara əməl edilməsinə çağırır və Suriyadan, münaqişədən köçkün düşmüş insanların münaqişə bölgələrinə köçürülməsinə son verilməsinə, məruzəçimizə bu məsələyə də xüsusi diqqət yetirməyə çağırırıq. AŞPA Ermənistana buna son vermək üçün təzyiq göstərməlidir”.

Yeniçağ.Az

COP29

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv