!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın nümayəndə heyəti səfir Rəşad Məmmədov və TADİV sədri ilə görüşdü

!Reklam – Yazi

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirmək üçün Türkiyədə səfərdə olan Azərbyacan heyəti bir sıra görüşləri keçirib.

Yenicag.az xəbər verir ki, millət vəkilləri Tənzilə Rüstəmxanlı və Səbinə Salmanova, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova və “Yeni Çağ” Media Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər Azərbaycanın Türkiyədəki səfirliyində olublar.

Səfir Rəşad Məmmədov tərəfindən qəbul olunan heyət ona Xocalı soyqırımının ildönümü ilə bağlı görülmüş işlər barədə məlumat verib.

Gələcək aylarda gerçəkləşdirilməsi planlanan layihələr barədə səfirlə fikir mübadiləsi aparan heyət Azərbaycan səfirliyinin göstərdiyi dəstəyə görə minnətdarlıqlarını ifadə edib.

Heyət daha sonra Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfində (TADEV) olub. TADEV sədri Aygün Attarla görüşən heyət birlikdə həyata keçirilə biləcək layihələr ətrafında müzakirə aparıb.

www.yenicag.az

141
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv