Azərbaycanın regionlarından Moskvaya aviareyslər açılır

media-hightechnic-468x90

AZALJET Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) Yenicag.Az-a verilən məlumata görə, martın 15-dən etibarən AZALJET brendi altında Moskvanın Vnukovo hava limanından Azərbaycanın regionlarına – Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə saat 20:30-da, Qəbələ və Gəncədən uçuş – saat 20:30-da, “Vnukovo” Beynəlxalq Hava Limanına enmə – yerli vaxtla saat 22:20-də yerinə yetiriləcək.

Yenicag.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600