!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanın Rusiyadan aldığı silah müdafiə xarakterlidir” – Rusiyalı hərbi ekspert

!Reklam – Yazi

Azərbaycanın Rusiyadan aldığı yeni silah partiyası Ermənistanın narahatlığını daha da artırıb.

Ermənistanın buna görə Moskvanı “xəyanət”də ittiham edərək lənətləməsi ilə bağlı Yenicag.Ru-ya açıqlama verən rusiyalı hərbi ekspert Aleksandr Perenciyev bildirib ki, Azərbaycanın aldığı həmin silah-sursat müdafiə xarakterlidir:

“Bildiyimə görə, Azərbaycan ordusuna əsasən, müdafiə xarakterli silahlar – tank əleyhinə və hava hücumundan müdafiə vasitələri verilib. Həmin silahlardan heç bir halda Ermənistan ordusunun mövqelərinə hücum etmək üçün istifadə oluna bilməz.

Bu silahlar hücum əməliyyatı üçün nəzərdə tutulmasa da, düşmən tanklarını və hava aparatlarını (təyyarə, helikopter, pilotsuz uçuş aparatları) məhv etməkdə effektlidir.

Yəni Ermənistan tərəfindən hücum olarsa, bu silahlar hücumun qarşısını ala biləcək faktordur. Bu formada tədarük edilən silah-sursat cəbhə xəttində münaqişənin gərginləşməsinə səbəb ola bilməz. Əksinə, bunun sayəsində elə bir şərait yaranır ki, heç bir tərəf hücum strategiyasında uğur qazana bilmir”.

Yenicag.Az

COP29

www.yenicag.az

1180
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv