“Azərbaycanın tolerantlıq modeli dünya üçün önəmlidir”
Dövlət Komitəsinin sədri ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendini qəbul edib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, görüş “Amerika günləri” festivalı çərçivəsində baş tutub.
Görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın tolerantlıq ənənələri, dövlətin multikultutalizm siyasəti, dini konfessiyalar arasındakı münasibətlərdən danışıb. O bildirib ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub, ölkədə dinə göstərilən dövlət qayğısı bütün konfessiyaları əhatə edir.
Corctaun Universitetinin imamı Yəhya Hendi Azərbayacana səfərindən və burada keçirdiyi görüşlərdən danışaraq qeyd edib ki, artıq ikinci dəfədir ölkəmizə səfər edir. Dini icmalarla keçirdiyi görüşlərdən bəhs edən Yəhya Hendi ölkəmizdəki dini tolerantlıqdan, dini icmaların fəaliyyətindən məmnunluq duyduğunu, Azərbaycanın tolerantlıq modelinin bütün dünya üçün nümunə ola biləcəyini vurğulayıb.