Azərbaycanın yeni baş nazirinin adı rəsmən bəlli olub.
Yenicag.az xəbər verir ki, Milli Məclisinin bu gün keçirilən iclasında bu posta Novruz Məmmədov layiq görülüb.
Bu vaxtadək Administrasiyanın Xarici əlaqələr şöbəsinin və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışmış Məmmədov yeni təyinatdan danışıb.
O, baş nazir postuna layiq görüldüyü üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Yeni baş nazir ona göstərilən etimadı doğrultmağa çalışacağını qeyd edib:
“Mən əvvəl danışmağı çox xoşlayırdım. Ancaq indi işləmək vaxtıdır. Azərbaycan prezidentinin fəaliyyəti zamanı istər xarici, istərsə də daxili siyasətdə, o cümlədən beynəxalq əlaqələrdə inkişaf göz qabağındadır. Mənim fəaliyyətim də bu inkişafı davam etdirib, onu qoruyub saxlamaqdan ibarət olacaq”.
Araz Zeynalov