!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla BƏƏ arasında viza anlaşması: "Hər ailənin 400 manat qənaəti..." - RƏY

!Reklam – Yazi

“Gələn aydan BƏƏ ilə ölkəmiz arasında visa rejimi ləğv edilir. Bu da bir ailənin təxminən 400 dollar qənaət etməsi deməkdir”.

Bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATTA) ilə Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi arasında keçirilən işgüzar görüşə münasibət bildirən turizm üzrə ekspert Əziz Şiriyev Yenicag.az-a açıqlamasında qeyd edib.

O, həmçinin bildirib ki, Azərbaycan digər ölkələrlə də bu sahə üzrə əməkdaşlığı artırmaq niyyətindədir:

“Ümumiyyətlə, xarici ölkələr üçün Azərbaycanın marağının artması, ölkədə investisiyanın yatırılması müsbət haldır. Lakin onlardan öncə həmin investisiyanı kapitala çevirsək daha yaxşı olar.

Bundan əlavə, gələn aydan BƏƏ ilə ölkəmiz arasında visa rejimi ləğv edilir. Bu addım isə iki ölkə arasında turist axınını daha da artıracaq. Bu gün Azərbaycandan adıçəkilən ölkəyə 499 ABŞ dolları dəyərində qrup turları təşkil olunur.

Həmçinin əlavə olaraq təxminən 100 ABŞ dolları həcmində visa rüsumu üçün vəsait ödənilirdi. Gələn aydan isə turistlər sadəcə turun məbləğini ödəyəcək. Yəni tutaq ki, bir ailədən 4 nəfər həmin ölkəyə səfər edərkən 400 dollar rüsum ödəməkdən azad olunacaq. Həmin məbləği də öz istirahəti üçün xərcləyə biləcək. Bu da ailə büdcəsinə kifayət qədər təsir edir. Buna görə də istənilən halda turizm istiqamətində atılan hər bir müsbət addım Azərbaycanın iqtisadi inkişafına da təsir etmiş olur. Bu baxımdan da, turizm tükənməyən sərvətdir və ölkələr arasındakı əlaqələrin bu tempdə davam etməsi əlverişlidir. Biz hətta bu istiqamətdə Venesuela, Kuba kimi ölkələrin səfirlikləri ilə əlaqələr qururuq. Beləliklə də, müsbət tendensiya yaranmış olur. Bunu da qeyd etmək vacibdir ki, digər sahələrdə olduğu kimi bu istiqamətdə də anlayış və təcrübəsi olan insanların cəlb edilməsi önəmlidir”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv