!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanla münasibətlərimizin pisləşməsini istəyən düşmənlərimiz var" – Kalaşnikov

!Reklam – Yazi

“Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Bu münasibətlərin pisləşməsini istəyən düşmənlərimiz var. Ancaq biz aramızı vurmaq istəyənləri sevindirməyəcək, münasibətlərimizi heç zaman pozmayacağıq”.

Yenicag.az AzərTAC-a istinadən xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın 137-ci Assambleyası çərçivəsində Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov söyləyib.

Assambleyanın əhəmiyyətindən danışan rusiyalı deputat qeyd edib ki, bu cür forumlar iki ölkə arasında əlaqələrin inkişafına təkan verir: “Assambleya çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə söhbətimiz oldu, biz Rusiya və Azərbaycan parlamentlərinin iki komitəsinin Bakıda keçiriləcək iclası və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bu ilin sonunda Azərbaycana səfəri ilə bağlı məsələləri müzakirə etdik. Tədbirlərdə iqtisadi və humanitar, mədəni sahələrdə əlaqələrimizin inkişafı diqqət mərkəzində olacaq, təcrübə mübadiləsi aparacağıq”.

L. Kalaşnikov Azərbaycanda rus dilinə qayğı ilə yanaşılmasında prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb: “Bu yaxınlarda Rusiya paytaxtında keçirilən “Moskva-Bakı oxu” konfransında mədəni əlaqələrimizdən, Azərbaycanda rus dilinin inkişafına qayğıdan da danışdıq. Mən özüm yayda Azərbaycanda oldum. Çox gözəl istirahət etdim. Azərbaycanda elə bir şərait yaradılıb ki, rusiyalı orada özünü evindəki kimi hiss edir”.

COP29

www.yenicag.az

2797
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv