Azərbaycanla Vyetnam arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi təsdiqləndi
“2025-ci il oktyabrın 26-da Hanoy şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərməlidir.












