Azərbaycanlı gənclərdən inanılmaz-Video

media-hightechnic-468x90

11093339_1000551783318028_1030455745_nAzərbaycanlı gənclər Beynəlxalq Rəqs Gününə maraqlı video hazırlayıblar – VİDEO

29 Aprel Beynəlxalq Rəqs Günüdür. Peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs Günü 1982-ci ildən bəri «UNESKO»-nun qərarı ilə qeyd olunmağa başlayıb. Bu tarix hər il Fransız baletmeysteri Jan Jorj Noverin doğum günü, yəni aprelin 29-na təsadüf edir. Jan Jorj Nover müasir baletin nəzəriyyəçisi hesab olunur.

Azərbaycanda da bir qrup gənclər olduqca maraqlı video rolik hazırlayıblar. Video rolikdə Azərbaycanda olan dünya rəqsləri yer alıb.

Qeyd edək ki, dünya rəqsləri ilə yanaşı videoda milli rəqsdə yer alıb .
Layihənin rəhbəri Elvin Səhətbəylidir. Rejissoru Teymur Baxışov, Operator və texniki dəstək Cavanşir Eladisoy, İsmayılov Orxan, Taleh Valehdir.
Elvin Səhətbəyli bildirib ki, bu videonun davamı da olacaq. Hər həftə Azərbaycanda olan dünya rəqsləri ictimaiyyətə çatdırılacaq.

Videonu təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600