Azərbaycanlı iş adamı 2,5 milyona sualtı gəmi aldı

media-hightechnic-468x90

25753_d6wwtmx7v1Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov özünə sualtı gəmi sifariş edib.

Dəyəri 2,5 milyon dollar olan gəmi ABŞ-dan gətiriləcək. Özü və ailəsi üçün heç bir xərcdən qaçmayan dünyanın ən varlı insanlarından olan M.Mənsimov göydə və dəniz üstündəki dəbdəbə sevgisini indi də suyun dibində yaşamaq qərarına gəlib.

Yayı Bodrumdakı “Palmarina”da keçirən iş adamının orada böyük yaxtası və təyyarəsi var. 15 gün ərzində Bodruma gətiriləcək sualtı gəmi xüsusi olaraq hazırlanıb: içərisində kiçik bar, hamam, lüks otaqlar var. Ətrafı isə gülləkeçirməz şüşələrlə əhatə olunub.

Bir müddət əvvəl isə M.Mənsimovun qızları Nüşabə və Begimə, oğlu Mübarizə istirahətdə rahat gəzmələrinə görə kiçik motorlu “Ferrari” və “BMW” markalı avtomobillər aldığı bildirilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600